"Hall Siti” klubu bu mövsümün əvvəlində “Çelsi”dən icarəyə götürdüyü Xavyer Simonsu birdəfəlik transfer edib.

Offsideplus.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Hall Siti” ilə 2026-cı ilin iyununa kimi müqavilə bağlayıb.

Simons “Hall Siti”yə bu mövsümün əvvəlində icarə əsasına keçmişdi. O, bu komandanın heyətində meydana çıxdığı 10 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Hall Siti"nin sahibi türkiyəli iş adamı, TV8-in rəhbəri Acun Ilıcalıdır.