“Bornmut” İngiltərə Premyer Liqasının 28-ci turunda səfərdə “Aston Villa”ya 0:3 hesabı ilə məğlub olub. 

Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada xərçəng xəstəliyinə qalib gələn qonaqların futbolçusu Devid Bruks 531 gündən sonra ilk dəfə meydana çıxıb.

26 yaşlı yarımmüdafiəçi matçın 79-cu dəqiqəsində əvəzetmədən oyuna qoşulub.

Qeyd edək ki, uelsli futbolçuya 2021-ci ilin oktyabrında xərçəng xəstəliyi diaqnozu qoyulmuşdu.