"Çelsi"nin uzun müddətdir zədədən əziyyət çəkən futbolçusu Nqolo Kante yaşıl meydanlara dönür.

Offsideplus.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Qrem Potter açıqlama verib. Fransız yarımmüdafiəçi "Everton"a qarşı oyunda "Çelsi"nin heyətində çıxış edə bilər:

"Kante Kantedir. O, TOP futbolçudur. Çox şadıq ki, qayıdıb".

Qeyd edək ki, "Çelsi" - "Everton" matçı bu gün Bakı vaxtı ilə saat 21:30-da baş tutacaq.