"Arsenal"ın futbolçusu Aleksis Sançes "Mançester Yunayted"ə keçməyə razılıq verib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sky Sport İtalia" məlumat yayıb.London klubu isə A.Sançeslə "MY"dan Henrik Mxitaryanı dəyişdirmək istəyir. Bu transferlərin başa çatması üçün erməni yarımmüdafiəçinin "Arsenal"la razılığa gəlməyi gözlənilir.

Qeyd edək ki, "Arsenal" daha əvvəldən H.Mxitaryanla maraqlandığı iddia olunurdu.