“Mançester Yunayted” klubu UEFA Avropa Liqasının 1/8 finalının ilk matçında “Betis”i 4:1 hesabıyla məğlub edib.

Offsideplus.az xəbər verir ki, həmin görüş İngiltərə Premyer Liqa təmsilçisi üçün əlamətdar olub.

“Betis” – “Mançester Yunayted” cütünün cavab qarşılaşması martın 16-da keçiriləcək.

“Qırmızı şeytanlar” ardıcıl 15 ev oyununda iki və daha çox qol vurub. Klub tarixində 4-cü dəfə eyni seriya reallaşıb. “Mançester Yunayted” sonuncu dəfə bunu 2000-ci ildə bacarıb.