"Mançester Yunayted" klubunun qapıçısı David de Xea gələcəyi ilə bağlı qərar verib.
Offsideplus.az xəbər verir ki, ispan qolkiper "qırmızı şeytanlar"dan razıdır və klubda qalmaq niyyətindədir. "Mançester Yunayted" yeni qapıçı axtarışında olmasına baxmayaraq, futbolçu maaşını azaltmağa hazırdır.
De Xea həftədə təxminən 400 min funt sterlinq qazanır. Onun klubla müqaviləsi gələn ilin yayına başa çatır.