Roberto Firmino yayda "Liverpul" klubunu tərk edəcək.

Offsideplus.az xəbər verir ki, "Liverpul"un hücumçusu müqaviləsini yeniləməyəcək və bu yay azad agent kimi komandadan ayrılacaq.

Braziliyalı futbolçu artıq bu qərarı ilə bağlı "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp məlumatlandırıb. 31 yaşlı forvardın “Liverpul”la müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.