"Nyukasl Yunayted" klubu heyətini "Barselona"nın futbolçusu ilə gücləndirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, ingilislər 2022-ci ilin yayında “Lids”dən 75 milyon avro qarşılığında “Barselona”ya keçən Rafinyanı transfer etmək niyyətindədir.

Qeyd edək ki, ​​Rafinya bu mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 34 oyuna çıxıb. Onun aktivində 7 qol, 9 assist var.