"Çelsi" klubu baş məşqçisi Qrem Potterlə bağlı qərar verib.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi uğursuz nəticələrə rəğmən 47 yaşlı mütəxəssislə yola davam edəcək. 

Qeyd edək ki, Qrem Potter ötən ilin sentyabr ayında "Çelsi"nin baş məşqçisi təyin olunub. "Mavilər" İngiltərə Premyer Liqasında 31 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.