“Çelsi”nin futbolçusu Villlian komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, braziliyalı yarımüdafiəçi “Metro”ya açıqlamasında London klubunda özünü xoşbəxt hiss etdiyini deyib: “İngiltərəyə qayıdıram. “Çelsi”də çox xoşbəxtəm. Londonda yaşamaq xoşuma gəlir”.
Qeyd edək ki, Villlianın adı “Barselona”, “Real” və “Mançester Yunayted”lə hallanırdı.(qol.az)