"Liverpul" futbolçusu Sadio Mane ilə yeni müqavilə imzalamaq üçün danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, İngiltərə klubu 26 yaşlı hücumçu ilə 2021-ci ildə başa çatacaq müqavilənin müddəti uzatmağı planlaşdırır. "Liverpul"da qalmaq istəyən S.Manenin bu təklifə müsbət cavab verəcəyi gözlənilir.
Qeyd edək ki, S.Mane 2016-cı ildə "Sauthempton"dan "Liverpul"a transfer olunub.(qol.az)