"Liverpul" klubunun rəhbərliyi komandanın uğursuz nəticələrinə baxmayaraq, baş məşqçi Yurgen Kloppu qovmaq niyyətində deyil.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi 55 yaşlı almaniyalı mütəxəssisi dəstəkləyir.
Rəhbərlik və Klopp artıq yay transfer pəncərəsi üçün planlar hazırlayırlar.
Qeyd edək ki, "Liverpul" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 35 xalla 8-cidir. Komanda Çempionlar Liqasında da mübarizəni davam etdirir. "Mersisaydlılar" 1/8 finalın ilk oyununda evdə "Real"a 2:5 hesabı ilə uduzublar.