İngiltərə Premyer Liqasının 23-cü turunda "Lids Yunayted"lə keçirilən oyun "Mançester Yunayted"in qapıçısı David de Xea üçün əlamətdar olub.

Offsideplus.az xəbər verir ki, bu, start heyətdə meydana çıxan ispaniyalı qolkiperin Premyer Liqada 400-cü matçı olub. O, Premyer Liqada 400 oyuna çatan ən gənc qapıçıdır. De Xea 32 yaş 97 günlüyündə buna nail olub.

Qeyd edək ki, De Xea 2011-ci ildən "Mançester Yunayted"də çıxış edir.