"Mançester Siti"nin yeni transferi Riyad Mahrez zədələnib.
Offsideplus.az xəbər verir ki, əlcəzairli yarımmüdafiəçi Beynəlxalq Çempionlar Kubokunun “Bavariya” ilə oyununda (3:2) rəqiblə ikili mübarizədə xəsarət alıb. Topuğundan zədələnən futbolçu 28-ci dəqiqədə meydanı tərk etməli olub. 27 yaşlı futbolçunun mövsümün ilk turlarını buraxıb-buraxmayacağı hələlik bilinmir.
Qeyd edək ki, “Mançester Siti” Mahrezi “Lester”dən 60 milyon funta transfer edib.(qol.az)