Kriştiano Ronaldo, Paolo Dibala, Leonardo Bonuççinin qoşulduğu formaların hərraca çıxarılması kampaniyasında daha bir neçə futbolçu iştirak edəcək.
Offsideplus.az xəbər verir ki, Türkiyə millisi və "Atalanta"nın futbolçusu Merih Demiral Harri Keyn, Kevin De Brüyne və Erlinq Haalandın da formalarını satışa çıxarıb, gəliri Türkiyədə zəlzələdən zərər görən insanlara bağışlayacaqlarını açıqlayıb.
Qeyd edək ki, hazırda Antuan Qrizmann və Alvaro Moratanın formaları satışa çıxarılıb.
Big thanks to @IlkayGuendogan and @emrecan_
— Merih Demiral (@Merihdemiral) February 9, 2023
They want to support earthquake victims with our campaign and called @ErlingHaaland
We are selling Erling Haaland's signed jersey by auction!
All proceeds from the auction will be donated to @ahbap to help victims of the earthquake pic.twitter.com/Xyop8ZQzrl