"Tottenhem" klubunun baş məşqçisi Antonio Konte əməliyyat olunduqdan sonra İngiltərəyə qayıdıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli italiyalı mütəxəssis öd kisəsini çıxarmaq üçün əməliyyat olunub.
Kontenin sağalması bir qədər vaxt aparacaq. Onun fevralın 11-də "Lester"lə Premyer Liqanın səfər matçında iştirak etməsi ehtimalı azdır.