FİFA-nın qadağası səbəbindən bu qış "Çelsi"ni tərk edə bilməyən Pyer-Emerik Obameyanq klubdan ayrılmağa qərar verib.

Offsideplus.az xəbər verir ki, qabonlu hücumçu MLS klubu "Los-Anceles"ə keçməyə hazırlaşır. 

 MLS təmsilçisi Obameyanqın transferi ilə bağlı "Çelsi" ilə danışıq aparır. 

Qeyd edək ki, bu mövsüm "Çelsi" forması ilə bütün turnirlərdə 17 matça çıxan Obameyanq 3 qol və 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.