“Çelsi” yarımmüdafiəçisi Villianı satmağa razılıq verib.
Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu “zadəganlar”ı “Barselona”ya dəyişmir.
Belə ki, kataloniyalılarla anlaşmayan London təmsilçisi “Mançester Yunayted”in 75 milyon avroluq təklifinə “yox” cavabını verə bilməyib. Klublar arasında artıq ilkin razılıq əldə edilib. Braziliya millisinin üzvü yaxın günlərdə “mankunianlar”la münasibətləri rəsmiləşdirəcək.
Qeyd edək ki, Villian “Çelsi”yə 2013-cü ildə “Anji”dən keçib.(apasport.az)