"Mançester Siti" klubunda yanvarın ən yaxşı futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, Riyad Mahrez ötən ayın ən yaxşısı seçilib. Əlcəzairli yarımmüdafiəçi 70 faiz səslə qalib olub.
Qeyd edək ki, Mahrez yanvarda "Mançester Siti"nin heyətində bütün yarışlarda 6 oyuna çıxıb, 5 qol vurub və 2 qolun ötürməsini verib.