"Mançester Yunayted"in futbolçusu Kristian Eriksen ağır zədələnib.
Offsideplus.az xəbər verir ki, 30 yaşlı yarımmüdafəçi ayaq biləyindən zədələnib.
Eriksen aprelin sonu və ya mayın əvvəlinədək yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, Kristian bu mövsüm 31 oyunda 2 qol vurub və 9 qolun ötürməsini verib.