"Lester" klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, Donetsk "Şaxtyor"unun müdafiəçisi Tete heyətə cəlb edilib.

Braziliyalı futbolçu mövsümün sonuna qədər icarə əsasında "tülkülər"də çıxış edəcək.

Qeyd edək ki, 2019-cu ilin fevralından "Şaxtyor"da çıxış edən Tete mövsümün ilk hissəsini "Liona"da oyanyıb və 17 Liqa oyununda 6 qol vurub, 3 məhsuldar ötürmə edib.