"Liverpul"un baş məşqçisi Yurgen Klopp cari mövsüm klubun uğursuz çıxış etməsi ilə bağlı danışıb.
Offsideplus.az "BBC Sport"a istinadən xəbər verir ki, mütəxəssis bu barədə belə deyib: onu tənqidlərə də cavab verib:
"Geridə qalan mövsüm çox gərgin və gözlədiyimizdən xeyli uzun keçdi. Bu mövsüm də çətin keçəcəyi aydın idi, amma zədəlilər az olsaydı, asanlıqla 4-5 xal daha çox toplaya bilərdik. Biz hələ də parlaq oynamırıq, amma Çempionlar Liqası üçün sona kimi mübarizə aparacağıq.
Hazırda asan deyil, üzr istəyirəm, amma biz bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edəcəyik ki, insanlar yenidən stadiona qayıtsın".
Almaniyalı çalışdırıcı onu tənqidlərə də cavab verib: “Mən bir gecədə pis məşqçi olmadım. Heç vaxt da insanların dediyi qədər yaxşı olmamışam, bəzilərinin düşündüyü qədər də pis olmamışam".
Qeyd edək ki, "Mersisayd" təmsilçisi Premyer Liqada 9-cu pillədə qərarlaşıb və bütün turnirlərdə son 5 matçdan yalnız birində qalib gəlib.