"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirib.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi "Lion"un futbolçusu Malo Qusteaunı transfer edib. Bu barədə klubun saytı məlumat yayıb. 19 yaşlı oyunçu cari mövsüm başa çatdıqdan sonra "zadəganlar"ın heyətinə qoşulacaq.

Müdafiəçi "Çelsi" ilə  2030-cu ilin yayına qədər müqavilə imzalayıb.

Qeyd edək ki, M.Qusteau 2016-cı ildən "Lion"un aşağı yaş qruplarında oynamağa başlayıb.