“Mançester Siti” klubu müqaviləsi cari mövsümün sonunda bitəcək olan İlkay Gündoğanı komandada saxlamaq istəyir.
Offsideplus.az xəbər verir ki, “şəhərlilər” adı “Qalatasaray”la hallanan yarımmüdafiəçiyə yeni sözləşmə təklif edəcək.
Premyer Liqa təmsilçisi 32 yaşlı futbolçuyla artıq danışıqlara başlayıb.
Qeyd edək ki, Gündoğan bu mövsüm 26 matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.