“Vulverhempton” klubu yarımmüdafiəçisi Qonsalo Qedesi icarəyə göndərib.

Offsideplus.az xəbər verir ki, Portuqaliya millisinin də üzvü olan 26 yaşlı vinger yetirməsi olduğu “Benfika”ya qayıdıb.

Yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarədə oynayacaq. O, 2014-2017-ci illər aralığında “Benfika”nın əsas komandasında meydana çıxdığı 68 oyunda 11 qol vurub.

Bildirək ki, Qedes 2022-ci ilin avqustunda 32.6 milyon avro qarşılığında “Valensiya”dan “Vulverhempton”a keçmişdi.