"Lester Siti" klubu heyətinə yeni futbolçu qatıb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Kopenhagen"dən Viktor Kristianseni transfer edib. 

"Lester Siti" danimarkalı sol cinah müdafiəçisi üçün onun klubuna 20 milyon avro təzminat ödəyəcək. İngiltərə klubu 20 yaşlı futbolçu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayacaq.