İngiltərə kubokunun III turunu "Liverpul" "Vulverhempton"la cavab oyununa çıxıb və 1:0 hesabla qalib gələrək 1/16 finala  vəsiqə qazanıb (İlk oyun 2:2).

Offsideplus.az xəbər verir ki, oyundan öncə Qari Linekerin "BBC" telekanalında apardığı proqramda skandal baş verib. Canlı yayım zamanı studiyadan pornoqrafik səslər gəlməyə başlayıb. Lineker bundan təəccüblənib və proqrama davam etməyə çalışıb. 

 Qari daha sonra "Tvitter"də paylaşım edərək səslərin studiyadakı masanın altına yapışdırılan telefondan gəldiyini açıqlayıb. "BBC" məsələ ilə bağlı araşdırma aparıldığını bildirib və izləyicilərdən üzr istəyib.

Görüntüləri təqdim edirik: