İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində keçirilən “Mançester Siti” ilə oyun “Mançester Yunayted”in hücumçusu Markus Reşford üçün əlamətdarlığı ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, o, bu görüşdə komandasının qələbə qolunu vurmaqla yanaşı, yeni rekorda da imza atıb.
Belə ki, 25 yaşlı futbolçu indiyədək yerli çempionatda 67 dəfə rəqib qapılarına yol tapıb. Markusun bu qollarından 27-si, yəni 40,3 faizi qələbə qolu olub. Belə göstərici Premyer Liqa tarixində 50 qoldan çox vurmuş futbolçular arasında rekord nəticədir.
Qeyd edək ki, “qırmızı şeytanlar” Mançester derbisində (2:1) əzmkar qələbə qazanmışdı. Bu nəticə sayəsində xal hesabını 38-ə çatdıran "MY" turnir cədvəlində 3-cü pilləyə yüksəlib.