“Liverpul”un baş məşqçisi Yurgen Klopp İngiltərə kubokunun 1/32 final mərhələsində “Vulverhempton”la 2:2 hesablı bərabərə qaldıqları matçdan sonra açıqlama verib.
Offsideplus.az xəbər verir ki, o, oyunla bağlı bunları deyib:
“Oyuna yaxşı başladıq. Üstünlük qazana bilmişdik. Olduqca yaxşı qol şansları yaratdıq. Rəqib hesabı açmazdan öncə biz topu itirmişdik. Nəticədə onlar önə keçdilər. “Vulverhempton” bacarıqlarına inanaraq oynadı".
"Möhtəşəm qol vurduq. Gözəl şanslarımız oldu. Düzünü desəm, matç ərzində futbolçularımın mübarizədən nə üçün qalib ayrıla bilmədiklərini düşünürdüm. “Vulverhempton” ikinci qolu vurduqdan sonra onlara qarşı heç bir müqavimət göstərə bilmirdik. Məncə, bəxtimiz gətirmirdi”.
Qeyd edək ki, İngiltərə kubokunun 1/32 final mərhələsinin “Liverpul” – “Vulverhempton” matçı bərabərliklə başa çatdığı üçün (2:2) cütün qalibi cavab qarşılaşmasından sonra məlum olacaq.