"Mançester Yunayted" klubunda dekabrın ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, Markus Reşford 2022-ci ilin son ayının ən yaxşısı seçilib. 25 yaşlı hücumçu azarkeşlər arasında aparılan səsvermədə 64 faiz səs toplayıb. O, Kazemiro (32 faiz) və Lyuk Şounu (4 faiz) qabaqlayıb.
Qeyd edək ki, Reşford dekabrda 3 oyunda 3 qol vurub.