"Liverpul" klubunun futbolçusu Vircil van Dayk zədələnib.

Offsideplus.az xəbər verir ki, o, İngiltərə Premyer Liqasnın 18-ci turunda "Brentford"la görüşdə sıradan çıxıb və fasilədə əvəzlənib. Van Daykın zədəsi gözləniləndən daha ciddidir. Niderlandlı futbolçu zədəsinin dərəcəsini dəqiq müəyyən etmək üçün bu gün mütəxəssislə görüşməlidir. 

Qeyd edək ki, 31 yaşlı o, bu mövsüm Premyer Liqada 17 oyuna çıxıb.