"Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Haaland Premyer Liqada bu mövsüm 21 qol vurub.
Offsideplus.az xəbər verir ki, o, 18 matçda bu saya çatıb. Haaland, bu göstəricidə turnir tarixində yeni rekord müəyyənləşdirib.
22 yaşlı hücumçu Premyer Liqada bir mövsümdə təqvim ilinin sonuna qədər 21 qol vurmağı bacaran ilk oyunçu olub.