İngiltərə Premyer Liqasının rəhbərliyi dünən 82 yaşında vəfat edən Pelenin ölümünə görə bəyanat yayıb.

Offsideplus.az xəbər verir ki, bu həftə baş tutacaq bütün "Dumanlı albion" matçlarından öncə braziliyalı əfsanənin xatirəsi birdəqiqəlik alqışla yad ediləcək.

Xatırladaq ki, Pele yoğun bağırsaq xərçəngi səbəbindən dünən vəfat edib.