“Tottenhem” klubunun hücumçusu Deyan Kuluşevski vətəni İsveçdə 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.
Offsideplus.az xəbər verir ki, 22 yaşlı isveçli futbolçu karyerasında ilk dəfə bu mükafata layiq görülüb.
Kuluşevski xoşbəxt olduğunu və özü ilə fəxr etdiyini dilə gətirib: “Bu mövsüm fantastik keçdi. Mən çox xoşbəxtəm. Mükafatı qazandığım üçün özümlə fəxr edirəm. Bu istiqamətdə çox insan mənə kömək etdi. Lakin, bu, çətinliklə başa gəldi”.