Dortmund "Borussiya"sının futbolçusu Çud Bellingem karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, ingiltərəli yarımmüdafiəçi “Mançester Siti”nin hədəfindədir. Futbolçunun özü də İngiltərə klubuna keçməyə hazırdır.

Eyni zamanda, “Real” və “Liverpul” da 19 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Bellingem 2020-ci ilin iyulundan “Borussiya”da çıxış edir.