"Brentford" baş məşqçisi Tomas Frankla yeni müqavilə imzalayıb.

Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni sözləşmənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 

Xatırladaq ki, danimarkalı mütəxəssis 2018-ci ildən "Brentford"u çalışdırır. Komanda 49 yaşlı mütəxəssisin başçılığı altında 2020/21 mövsümündə Premyer Liqaya yüksəlib.

Qeyd edək ki, "Brentford" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.