Fransa yığmasının və Madrid "Atletiko"sunun hücumçusu Antuan Qrizmann karyerasını İngiltərədə davam etdirə bilər.

Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, "Mançester Yunayted" klubu 31 yaşlı forvardı heyətinə qatmağa hazırlaşır.  "Qırmızı şeytanlar" Qrizmannı 1 ay əvvəl komandada ayrılan ulduz futbolçu Kriştiano Ronaldonun yerinə almaq istəyirlər.

Keçidin baş tutması üçün klub rəhbərliyi 60 milyon ödəməyə hazırdır.