İngiltərə millsinin və “Çelsi”nin sabiq müdafiəçisi Con Terri futbolçu karyerasını başa vurmağa hazırlaşır.
Offsideplus.az qol.az-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu sonuncu klubu “Aston Villa”dan ayrıldıqdan sonra məşqçiliyə başlamaq fikrinə düşüb. Amma sonradan qərarını dəyişib. Onun indi TV-lərdən birində şərhçi kimi çalışacağı bildirilir.
İddia olunur ki, “Sky Sports” telekanalı Terriyə kanalda ekspert kimi işləməyi təklif edib. Onun kanalda Tyerri Anrini əvəz edəcəyi gözlənilir.