“Barselona” “Çelsi”nin yarımmüdafiəçisi Villiana üçüncü dəfə təklif göndərib.

Offsideplus.az “Sky Sports”a istinadən yaydığı xəbərə görə, ilk iki təklifi geri çevrilən Kataloniya klubu bu dəfə braziliyalı futbolçu üçün 55 milyon funt ödəməyə hazır olduğunu bildirib. Bundan əvvəl “Barsa” Villian üçün 53 milyon funt təklif etmişdi 

 Qeyd edək ki, Villan “Çelsi”də 2013-cü ildən çıxış edir. London klubu onu 30 milyon funta “Anji”dən transfer edib.