Aleksis Sançes “Arsenal”ın Premyer Liqanın 23-cü turu çərçivəsində “Bornmut”la görüşünü buraxacaq.
Offsideplus.az xəbər verir ki, çilili hücumçu səfər oyununa aparılmayıb. İngiltərə mətbuatı bunu Sançesin London klubundan ayrılacağı ilə əlaqələndirib.
Qeyd edək ki, təcrübəli futbolçunun xidmətində “Mançester Yunayted” və “Mançester Siti” klubları maraqlıdılar. Sançes özü isə “qırmızı şeytanlar”ın formasını geyinmək istəyir.