"Liverpul" klubu braziliyalı futbolçusu Roberto Firminoya yeni müqavilə təklif edib.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyinin "sambaçı"ya 2+1 illik sözləşmə təklif etdiyi bildirilib. Onun hazırkı müqaviləsi isə 2023-cü ilin yayına qədərdir. Hücumçunun özü də Yurgen Kloppun komandasında qalmaq istəyir.
Qeyd edək ki, Firmino bu mövsüm 2mersisaydlılar"ın heyətində bütün yarışlarda 20 oyunda 8 qol və 4 qol ötürməsi ilə yadda qalıb.