"Mançester Siti"nin futbolçusu İlkay Gündoğan komandadakı gələcəyindən danışıb.
Offsideplus.az "Kicker"ə istinadən xəbər verir ki, almaniyalı hücumçu cari mövsümün sonu müddəti başa çatan müqaviləsi haqda bu sözləri deyib:
"2023-cü ilin yayına hələ çox var. Rahatam, komandamızın baş məşqçisi ilə nələr olacağı aydın deyil. Mançesterdən məmnunam və xoşbəxtəm. "Liverpul"a mümkün transferim? Bunu siyahıdan çıxara bilərik".
Qeyd edək ki, İlkay 2016-cı ildən "şəhərlilər"in formasını geyinir