“Sauthempton” klubunun yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, komandanı bundan sonra Neytan Cons çalışdıracaq.

49 yaşlı mütəxəssislə 3,5 illik müqavilə imzalanıb. Cons baş məşqçi vəzifəsində noyabrın 7-də istefaya göndərilən Ralf Hazenhüttlü əvəzləyib. Onun sonuncu iş yeri “Luton” olub.