"Sauthempton"da baş məşqçi Ralf Hazenhyuttellə yollar ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Avstriyalı mütəxəssisin müqaviləsinə komandanın uğursuz çıxışına görə vaxtından xitam verilib. 

Komandanı müvəqqəti olaraq daha əvvəl Azərbaycanda da işləmiş Ruben Selles çalışdıracaq.

Qeyd edək ki, Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da fiziki hazırlıq üzrə məşqçi işləyib.