"Mançester Yunayted" futbolçusu Markus Reşfordla müqaviləni yeniləmək istəyir.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı forvardla sözləşmənin müddəti cari mövsümün sonu başa çatır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. "Qırmızı şeytanlar" ingiltərəli futbolçunun komandadan ayrılmasını istəmir. Klub rəhbərliyi müqavilədəki daha bir il şərtini aktivləşdirməyi planlaşdırır.
Qeyd edək ki, Reşfordla PSJ klubu da yaxından maraqlanır.