“Çelsi” klubunun qapıçısı Kepa Arrisabalaqa “Arsenal”a qarşı İngiltərə Premyer Liqasının 15-ci turunun oyununda olmayacaq.

Offsideplus.az xəbər verir ki, bu barədə “zadəganlar”ın baş məşqçisi Qrem Potter Xorvatiya “Dinamo”suna (Zaqreb) 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunun oyunundan sonra məlumat verib. 

Baş məşqçi 28 yaşlı qapıçının hələlik zədəsini tam sağaltmadığını və “Arsenal”la matça hazır olmayacağını bildirib. 

Xatırladaq ki, noyabrın 6-da keçiriləcək “Çelsi” – “Arsenal” oyunu saat 16:00-da başlayacaq.