"Aston Villa" klubu baş məşqçisi Stiven Cerrardı qovub. 

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Dünən "Fulhem"ə məğlub olan (0:3) komanda turnir cədvəlində 20 komanda arasında 17-cidir.

Qeyd edək ki, Cerrard 2018-2021-ci illərdə Şotlandiyanın "Reyncers" klubunun baş məşqçisi olub. O, 2021-ci il noyabr ayından "Aston Villa"nı çalışdırırdı.