“Liverpul” və Portuqaliya yığma komandası ciddi itki ilə üzləşib.
Offsideplus.az xəbər verir ki, Dioqo Jota ciddi zədə alıb.
İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Siti” ilə oyunda zədələnən 26 yaşlı hücumçu dünya çempionatını buraxmalı olacaq. Jota bunu öz Tvitter səhifəsində yazıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.