Cari mövsümün sonu "Mançester Yunayted"lə müqaviləsinin müddəti başa çatacaq David de Xea gələcək karyerası barədə açıqlama verib. 

Offsideplus.az xəbər verir ki, 31 yaşlı qolkiper "qırmızı şeytanlar"la yeni müqavilə imzalamaq istəyir. 

"Bu komandada uzun müddət oynayıb, hər şeydə rekorda imza atmaq, titullar qazanmaq istərdim. "Mançester Yunayted" özümü yaxşı hiss etdiyim yeganə klubdur. Hələ daha uzun müddət oynaya bilərəm. Özümdən əminəm".

Qeyd edək ki, David de Xea 2011-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyur. Onun klubla müqaviləsinin müddəti 2023-cü ilin yayında başa çatır.