"Çelsi"nin hücumçusu Pyer-Emerik Obameyanq "Arsenal"ın baş məşqçisi Mikel Arteta haqqında danışıb.

 Offsideplus.az  "Daily Mail"ə istinadən xəbər verir ki, qabonlu futbolçu deyib: 

"Arteta dominant şəxsiyyətləri, böyük futbolçuları idarə edə bilmir. Onun dediyi hər şeyi dinləyən və ona heç nə deməyən gənc oyunçulara ehtiyacı var".

Qeyd edək ki, Obameyanq bu ilin fevralında "Arsenal"dan ayrılaraq "Barselona"ya keçmişdi. 33 yaşlı oyunçu sentyabrda isə "Çelsi"yə transfer olunub.